Piyada xanımı vurub qaçan sürücü yaxalanıb


12:21     17 İyul 2019 hebs.jpg

Suraxanı rayonu Əmircan qəsəbəsində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücü yaxalanıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini Şükufə Qurbanovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Opel” markalı avtomobilin sürücüsü - paytaxt sakini B.Nəzərli saxlanılıb.

Açar sözlər:

Oxunub: 263