Bazara satmaq üçün gətirdiyi meyvələri oğurladılar


12:41     17 İyul 2019 1386918662yarmarka2.jpg

Qubada meyvə oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba rayon sakini Ehtiram Talıbov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında bazar ərazisinə satmaq üçün gətirdiyi mövsümü meyvələrin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən rayon sakini, 22 yaşlı Əmrah Əmrahov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini edərək, oğurladığı meyvələri dəyərindən ucuz qiymətə satdığını və əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 393


Oxşar xəbərlər