Azərbaycanda qızıl istehsalı 9% artıb


12:50     17 İyul 2019 qizil1.jpg

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 720,9 kq qızıl istehsal edilib.


Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.

Bu il iyulun 1-nə 197,5 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin 6 ayı ərzində ölkədə 1 719,1 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 20,4% çoxdur.

Bu il iyulun 1-nə 629,2 kq hazır məhsul ehtiyatı yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 168