Nazirlik əməkdaşına 180 min "atan" şəxsə hökm oxundu
13:17 17 İyul 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyanın hökmü ilə E.Məlikov 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, E.Məlikov bankda çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Tamilla Mikayılovanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda, "Accessbank" ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib. Bu yolla o, zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.
Bu məqsədlə T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə, 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla, ümumilikdə, 180 min manat alaraq dələduzluq edib.
Xatırladaq ki, zərərçəkmiş M.Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır. / Report
Femida.az
Oxunub: 368
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib