Dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb


13:44     17 İyul 2019 budce4.png

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 405,5 milyon manat, xərcləri isə 10 951 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,5% və 5,5% çoxdur.

Büdcədə 545,5 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-may aylarının yekunu ilə müqayisədə 118,7 milyon manat çoxdur.

Femida.az

Açar sözlər: #büdcə  

Oxunub: 338