Bakıda kütləvi zəhərlənmə olub

Bakıda kütləvi zəhərlənmə olub


14:01     17 İyul 2019 xestexana_01888.jpg

"Sədərək" Ticarət Mərkəzində, Meyvəli bazarında kütləvi zəhərlənmə baş verib.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, bazarda 4 nəfər yumurtadan zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14-də daxil olub: "Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə (KTM) gətiriblər. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəri də KTM-in yolxucu xəstəliklə şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. KTM-dən verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırdır".

Açar sözlər:

Oxunub: 300