Azərbaycandakı külək elektrik stansiyaları istehsalı kəskin artırıb


15:12     17 İyul 2019 19_07_17_1563362009.jpg

Azərbaycanda bu ilin birinci yarısında Azərbaycanda küləklə işləyən stansiyalar 57,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə çoxdur.


Femida.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-iyun aylarında günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 21,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (9,3%-lik artım).

Qeyd edək ki, Azərbaycanda bu ilin birinci yarısında 12 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5,6% çoxdur.

Açar sözlər:

Oxunub: 481