Bu müəllimlər imtahanda yüksək bal topladı


15:51     17 İyul 2019 2019/07/66812-1563362624_1563364564.jpg

Müəllimlərin işə qəbulu imtahanında daha 3 nəfər yüksək nəticə göstərib


Təhsil Nazirliyinin mətbuat xidmətin Femida.az-a verilən məlumata görə, iyulun 17-də ibtidai sinif müəllimliyi üzrə keçirilən işə qəbul imtahanlarında Aidə Mikayılova, Günel Məmmədova və Lalə Babayeva 58 bal toplayaraq yüksək nəticə əldə ediblər.

Aidə Mikayılova Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Pedaqoji Kollecinin, Günel Məmmədova Lənkəran Dövlət Humanitar Kollecinin, Lalə Babayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudurlar.

Qeyd edək ki, iyulun 18-də ibtidai sinif və təsviri incəsənət müəllimi olmaq istəyənlər imtahan verəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 660