Maqnitofona görə tutuldu, başqa cinayətləri üzə çıxdı


16:05     17 İyul 2019 19_07_17_1563365330.jpg

İyunun 28-də Binəqədi rayonunun Motodrom yeni yaşayış sahəsində Bakı şəhər sakini M.İbrahimova məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlanıb.

Femida.az xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev saxlanılıb.


Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bu ilin may-iyul ayları ərzində rayon ərazisindəki 2 evdən, 2 avtomobildən, 1 mağazadan pul, məişət əşyası və tütün məmulatı və mobil telefon oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 194


Oxşar xəbərlər