I və IV qrupda 19 mindən çox abituriyent keçid balını toplayıb
18:17 17 İyul 2019
2019-cu ilin ali təhsil müəssisələrinə qəbul imtahanında I ixtisas qrupu üzrə 15101 abituriyent müsabiqədə iştirak etmək üçün keçid balını (150 baldan çox toplayıb) toplayıb.
Femida.az Dövlət İmtahan Mərkəzinin "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" vəsaitinə istinadən xəbər verir ki, I ixtisas qrupu üzrə 2867 nəfər 150-200 arası bal toplayıb.
I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququnu qazanan 15101 abituriyentə ayrılan plan yerlərinin sayı 15223-dür. Bunun isə 9351-i dövlət sifarişlidir.
IV ixtisas qrupu üzrə müsabiqə vəziyyətini ödəyən (150 baldan yuxarı) abituriyentlərin sayı 4082 nəfərdir. 410 nəfər 150-200 arası bal toplayıb. IV ixtisas qrupu üzrə ayrılan plan yeri müsabiqə vəziyyətini ödəyən abituriyentlərin sayından azdır. Belə ki, IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb ki, bunun da 2398 dövlət sifarişlidir.
Jurnalda qeyd edilib ki, ötən ilə müqayisıdə I ixrisas qrupu üzrə dövlət sifarişli yerlərinin sayı 65,1 faiz, IV ixtisas qrupu üz dövlət sifarişli yerlərinh sayı 59.3 faiz artıb.
Bütün ixtisas qrupları üzrə dövlət sifarişli yerlərin sayı 7985 yer və ya 65.4 faiz artıb.
Oxunub: 389
Oxşar xəbərlər
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- İstehlaka yararsız ət və süd məhsulları məhv edilib
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İbrahim Tatlısəs yol qəzasına düşüb
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər