Bakının bu ərazilərində suyun verilişində fasilələr olacaq


16:50     17 İyul 2019 19_07_17_1563367838.jpg


Bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq.


“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər: #Azərsu  

Oxunub: 407