Bakıda keçmiş həyat yoldaşını öldürən şəxsə AĞIR CƏZA


17:24     17 İyul 2019 1398947325_mehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvəllər məhkum olunan 27 yaşlı İlkin Abdullayev tərəfindən münaqişə zəmnində bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İlkin Abdullayev saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İkin Abdullayev 18 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. (olke.az)

Açar sözlər:

Oxunub: 322