Türkiyədə daha 43 nəfərə ömürlük həbs verildi - Dövlət çevrilişi cəhdinə görə


18:36     17 İyul 2019 19_07_17_1563368433.jpg

Türkiyədə 15 iyul - hərbi çevrilişə cəhddə təqsirləndirilən daha 159 nəfərin cinayəti işi üzrə məhkəmə prosesi başa çatıb.

İstanbulda keçirilən prosesdə həmin vaxt Atatürk Hava limanını tutmaqda təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, 43 nəfər azadlıqdan ömürlük məhkum edilib, 76 nəfərə 12 il 6 ay aylıq həbs cəzası verilib. Digərləri müxtəlif cəzalara məhkum edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatı hərbi çevrilişə cəhd edib. Çevrilişin qarşısını almağa çalışan 250 nəfər həlak olub, 2 mindən çox şəxs yaralanıb. Bu iş üzrə 540 min iş üzrə istintaq aparılıb, on minlərlə şəxs həbs olunub. FETÖ üzvlərinin aşkarlanması və həbsi istiqamətində tədbirlər davam edir.

Femida.az

Açar sözlər: #Türkiyə   #FETÖ  

Oxunub: 440