Narkotiklərlə bağlı 1687 nəfər məsuliyyətə cəlb olunub - 2019-cu ildə


17:36     17 İyul 2019 narkotik.jpg


Bu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2553 fakt aşkar edilib.


Bu barədə Femida.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Onlardan 707-si satış, 1675-i saxlama, 141-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 650 kq 749,322 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 25 min 701 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Bundan əlavə 330 kq 374,986 qr prekursorlar, 12 kq 714 qr güclü təsir edən zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.

Eyni zamanda 1687 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 18 yaşadək 5 nəfər, 18-25 yaş 130 nəfər, 26-29 yaş 253 nəfər, 30 yaşdan yuxarı isə 1299 nəfər təşkil edir.

Məsuliyyətə cəlb olunanlardan 160 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 412-si əvvələr cinayət törətmiş, 5-i əvvəllər xüsusi qeydiyatda olan, 1141-i işləməyən, 1636-sı kişilər, 38-i qadın, 56 nəfəri isə xarici ölkə vətəndaşı olub. Əcnəbilərdən 40-ı İran İslam Respublikası, 5-i Gürcüstan, 4-ü Rusiya, 2-si Türkiyə, 2-si Ukrayna, 2-si Pakistan, 1-i Braziliya vətəndaşıdır. Qeyd olunan xarici ölkə vətəndaşlarından, ümumilikdə, 585 kq 840,908 qram narkotik vasitə götürülüb.

Femida.az

Açar sözlər: #narkotik  

Oxunub: 391