Azərbaycanda metanol istehsalı 5 dəfə artıb


21:04     17 İyul 2019 2019/07/187b990c-2386-40c9-9601-03ec3247e3a5_1563371165.jpg


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 188,7 min ton metanol (metil spirti) istehsal edilib.


Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcm ötən ilin müvafiq dövründən 5 dəfə çoxdur. İyulun 1-i tarixinə ölkədə 31,6 min ton hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 556