Hava limanında qanunsuz elektronika malları aşkarlanıb
19:02 17 İyul 2019

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az- a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 1 ədəd mobil telefon gətirdiyini bəyan edib.
Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajda bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən - 40 ədəd mobil telefon ekranı, 2 ədəd yaddaş kartı, 8 ədəd elektron qidalandırıcı, 4 ədəd plata və əynindəki gödəkcənin sağ və sol yan ciblərindən isə 4 ədəd "İphone" markalı mobil telefon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 224
Oxşar xəbərlər
- Hava ilə bağlı xəbərdarlıq
- Hava ilə bağlı XƏBƏRDARLIQ
- Hava dəyişkən buludlu olacaq
- Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
- Hava çirkliliyi 400 min adamın ölümünə səbəb olub
- Hava limanında Pakistan vətəndaşları saxlanılıb
- Havanı çirkləndirən metaləritmə sexi cəzalanıb
- Hava limanında dronlar da uçacaq - Mərkəzi yaradıldı
- Hava necə olacaq?
- Hava niyə qeyri-sabit keçir? — Coğrafiya İnstitutundan AÇIQLAMA