Müdafiə Nazirliyi: "Bu məlumat yalandır"


19:22     17 İyul 2019 trend_defense_ministry_mudafie_nazirliyi7.jpg

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur.

Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yayılan məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

Femida.az

Açar sözlər:

Oxunub: 353