43 yaşlı kişi borc üstündə 4 bıçaqlandı


21:35     17 İyul 2019 metro%20bicaq4.jpg

Bakıda pul borcu üstündə bıçaqlanma olub.

Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Abdulov Elşad İsgəndər oğlu tanışı, 1976-cı il təvəllüdlü Əsgərov Ramil Nəsib oğluna borc verdiyi 400 manatı ala bilmədiyi üçün mübahisə edib.

Mübahisə nəticəsində E.Abdulov R.Əsgərova 4 bıçaq zərbəsi endirib. R.Əsgərov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb və E.Abdulov şübhəli şəxs qismində tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 417