Şamaxıda yol qəzasında xəsarət alanların sayı 6 nəfərə çatıb


22:08     17 İyul 2019 19_07_17_1563386974.jpg

Şamaxıda baş vermiş qəzada xəsarət alanların sayı 6 nəfərə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu, 1990-cı il təvəllüdlü Şükürov Ruslan Balacan oğludur.

Onun müalicəsi də xəstəxanada davam etdirilir.

Şamaxıda ağır avtomobil qəzası zamanı xəsarət alan 5 nəfərin şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 19:00 radələrində Şamaxı-Göylər yolunda iki avtomobilinin toqquşması nəticəsində Şamaxı və Kürdəmir sakinləri-1954-cü il təvəllüdlü Kərimov Hücrət Ağasəlim oğlu, 1993-cü il təvəllüdlü Şükürov Saleh Taleh oğlu, 1996-cı il təvəllüdlü Qəhrəmanov Elməddin Elşad oğlu, 1986-cı il təvəllüdlü Mürsəlov Elvin Eynulla oğlu və 1997-ci il təvəllüdlü Cəfərov Qabil Habil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Açar sözlər:

Oxunub: 431