Türk ordusu daha 7 terrorçunu zərərsizləşdirib


09:12     18 İyul 2019 turkiye%20suriye%20vurdu.jpg


Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın İraqın şimalında, Metin ərazisindəki mövqelərinə zərbələr endirib.


Femida.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi özünün "Twitter"dəki səhifəsində məlumat yayıb.

Bildirilir ki, zərbələr zamanı 7 PKK terrorçusu məhv edilib. Terrorçuların mövqelərinə zərbələr "Pəncə" əməliyyatının qərargahı ilə əlaqələndirilərək endirilib.

Türkiyə ordusu mayın sonlarından İraqda antiterror əməliyyatı keçirilir. "Pəncə-1" əməliyyatı mayın 27-də Hakurk ərazisində ölkənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə başlayıb. Əməliyyatın gedişatında 61 terrorçu öldürülüb.

Türkiyə ordusu "Pəncə" əməliyyatı çərçivəsində 68 terrorçunu məhv edib.

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 270