Bakıda daha bir vəkil bürosu təsis olundu

Bakıda daha bir vəkil bürosu təsis olundu


09:42     18 İyul 2019 19_07_18_1563428445.jpg


İyulun 17-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.


Femida.az xəbər verir ki, Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə məlumat verib.

İclasda həmçinin vəkil qurumlarının növbətçilik siyahıları təsdiq olunub.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən, bəzi vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib, həmin şəxslər iclasda vəkil andı içiblər.

Eyni zamanda, iclasda Bakı şəhəri 27 saylı Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılmış və müsbət qərar verilib.

İclasda çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Femida.az

Açar sözlər: #Vəkil   #kollegiya  

Oxunub: 296