Vergilər Nazirliyi sosial çarx hazırladı
09:57 18 İyul 2019
Vergilər Nazirliyi cəmiyyətdə vergi ödəmə vərdişlərinin formalaşdırılması, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat, məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə son dövrlərdə Nazirliyin təşəbbüsü ilə bir neçə sosial reklam çarxı hazırlanıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, sosial reklam çarxlarında Vergilər Nazirliyi tərəfindən vergilərin hara və nəyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi obrazlı şəkildə ifadə olunub. Sosial çarxların süjetləri həyatda baş verən real hadisələr əsasında qurulub və müxtəlif peşə sahiblərinin fədakar fəaliyyətinə həsr edilib. Bu məqsədlə təhlükəsiz, sağlam, qayğıkeş və savadlı dövlət naminə kimi əsas çağırışlardan istifadə olunub. Vergilər Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində yayımlamaqla vergilərin ödənilməsinin vacibliyini, cəmiyyətdə ictimai dəstəyin artırılmasına nail olmağı qarşıya məqsəd qoyub.
Femida.az
Oxunub: 714
Oxşar xəbərlər
- Vergiləri ödəməkdən yayınan şirkət sahibi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
- Vergilər Nazirliyi sahibkarlara ixtisarlarla bağlı xəbərdarlıq edib
- Vergilərin ödənilməsi müddəti uzadıldı
- Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib
- Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
- Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi
- Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb
- Vergilər Nazirliyinin büdcə öhdəliyi 8% artırılır
- Vergilər Nazirliyinin saytı yeniləndi
- Vergilər Nazirliyində bu struktur dəyişdirildi