Polis Bakıda kafedə işləyən iki yeniyetmə qızı axtarır


10:07     18 İyul 2019 2019/07/qizlar-itkin_yeni_1563430107.jpg

Bakının Binəqədi rayonunda itkin düşmüş iki qız Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarılır.


Femida.az APA-ya istinadən xəbər verir ki, 7-ci mikrorayonda, İbrahimpaşa Dadaşov küçəsi 71 ünvanında kafedə işləyən 2002-ci il təvəllüdlü Amina və 2004-cü il təvəllüdlü Elina işlədikləri obyektdən çıxaraq bir daha evə qayıtmayıblar.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, bu barədə 1980-ci il təvəllüdlü Oksana Vasilyevna müraciət edib və bildirib ki, qızları işdən çıxaraq evə qayıtmayıblar.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları itkin düşən yeniyetmələrin axtarışına başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 809