4 kənddə qaz olmayacaq


11:09     18 İyul 2019 qaz1.jpg

Qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə “Zərdab-Ucar” avtomobil yolu istiqamətində orta təzyiqli yeraltı və yerüstü qaz xətlərinin sınaq işləri ilə bağlı qaz təchizatının dayandırılmasına zərurət yaranıb.


Femida.az-ın məlumatına görə, “Azəriqaz” İB məlumat üçün bildirir ki, bu gün saat 14:00-dan işlər bitənədək qeyd edilən ərazidə 4 kənd, 5 qaçqın ailəsi və 32 hektar yaşayış sahəsi daxil olmaqla 1219 abonentin qaz təchizatı dayandırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 317