DMX-nin “Çağrı mərkəzi”nə 53303 zəng daxil olub


11:22     18 İyul 2019 2019/06/vusal-huseynov1_1561376130.jpg

"2019-cu ilin I yarımilində ölkəyə daxil olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, iş icazəsi alanların 14 faiz , qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunub."


Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin I yarimilliyinə dair hesabat konfransında deyib.

O, bildirib ki , DMX Asan xidmət indeksində 69 faizlə birinci yerə layiq görülüb.

"Xidmət tərəfindən qanunvericiliyin pozulması bağlı qərarların sayında 34 faiz azalma var. Bu da vətəndaş məmnunluğunun göstəricisidir. Hesabat dövründə "Çağrı mərkəzi"nə daxil olmuş zənglərin sayı 53303 olub", - deyə Vüsal Hüseynov qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #DMX   #Asan_xidmət  

Oxunub: 751