Vüsal Hüseynov: "50-ə yaxın şəxs Dövlət Miqrasiya Xidmətində qulluğa qəbul edilib"


11:50     18 İyul 2019 2019/01/Vusal-Huseynov2_1547194081.jpg

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin I yarimilliyinə dair hesabat konfransında miqrasiya ilə bağlı hazırlanmış yeni qanun layihəsi barədə məlumat verib.

Femida.az xəbər verir ki, o bildirib ki, qanunda müvəqqəti olmaq müddətinin, yəni viza müddətinin uzadılması nəzərdə tutulur:

"Mövcud qanunvericiliyə görə, Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması üçün əcnəbi şəxsin bank hesabında 100 min manat olmalıdır. Biz yeni qanun layihəsində prosesə nəzarət imkanlarınin gücləndirilməsini istəyirik. Belə ki , əcnəbi pulu hesabından çıxardığı təqdirdə bank tərəfindən bizə məlumat verilməlidir.

Ölkəmizdə 2 il yaşayan şəxs daimi yaşama icazəsi üçün müraciət edə bilir. Lakin həmin müddətin hansı aralıqlarla olması vacib deyil. Yeni qanun layihəsində biz təklif etmişik ki , əcnəbi şəxs fasiləsiz 2 il yaşadığı təqdirdə müvəqqəti yaşama üçün müraciət etsin.

Bildiyiniz kimi daimi yaşayış icazəsi almaq istəyən şəxslər Azərbaycan dilindən imtahan verməlidir. Yeni qanuna görə, 65 yaşdan yuxarı şəxslər və I qrup əlillər bu imtahandan azad olunacaqlar".

Vüsal Hüseynov qeyd edib edib ki, hesabat dövründə 50-ə yaxın şəxs isə DMX-də işə qəbul edilib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Femida   #DMX   #Əcnəbi  

Oxunub: 986