Bu il 75 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib


12:22     18 İyul 2019 pasport1.jpg

"Bu ilin yanvar - iyun ayları ərzində 75 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib".


Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin 6 aylıq yekunlarına həsr olunan mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, bu il daimi yaşamaq üçün icazələrin sayında 31 faiz azalma müşahidə olunub:
"Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrdən daha çox müraciət edilib. Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Bunlardan 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşları olub".

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Miqrasiya   #Müraciət   #Qaçqın-statusu   #vətəndaşlıq  

Oxunub: 482


Oxşar xəbərlər