Azərbaycan XİN İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib
12:43 18 İyul 2019
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib.
Femida.az-ın xəbərinə görə, Nazirliyin "Tvitter” səhifəsində bildirilib ki, Azərbaycan XİN Ərbil şəhərində Türkiyə Baş konsulluğunun əməkdaşlarına edilən silahlı hücumu qınayır.
"Ərbildə həyatını itirən türkiyəli həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Baş vermiş silahlı hücumu şiddətlə qınayırıq”, - qeyd olunub.
Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb.
Femida.az
Oxunub: 333
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)