Bakıda 4 yaşlı qıza qarşı iyrənc əməl


12:56     18 İyul 2019 2019/07/usaq-bilerzik_1563440519.jpg

Bakıda 4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 17-də Binəqədi RPİ 7-ci PB-yə müraciət edən Bakı şəhər sakini V.Əliyev iyulun 15-də saat 19 radələrində rayon ərazisində 4 yaşlı qızının qolundakı bilərziyin oğurlanmasını bildirib.

Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 447