100 kq yararsız ət aşkarlandı
13:17 18 İyul 2019
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə həyata keçirdiyi monitorinq zamanı Gəncə şəhəri ərazisində Kazımov Babək Vilayəddin oğluna məxsus 20-DN-525 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 100 kq istehlaka yararsız ət aşkar olunub.
Femida.az xəbər verir ki, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə, ətin qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən edilib.
Ümumi çəkisi 100 kq olan, insan istehlakı üçün istifadəyə yararsız, mənşəyi məlum olmayan ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 427
Oxşar xəbərlər
- 100 minə yaxın azərbaycanlının “Facebook”da şəxsi məlumatları oğurlanıb
- 1000 ədəd qida əlavəsi yararsız çıxdı
- 100-dən çox ermənini məhv edən kəşfiyyat komandiri
- 100-dən çox taksi, 80-ə yaxın avtobus sürücüsü cərimələnib
- 1000-dək şəhid ailəsinə pensiya və müavinət təyin olundu
- 1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətində - Fotolar
- 100 min işsizə birdəfəlik ödəniş edilib
- 1000 seçki məntəqəsində vebkamera quraşdırılıb
- 1000-dən çox vətəndaşın sosial yardımı dayandırıldı
- 1000-ə yaxın mənzilə "kupça" veriləcək: Ünvanlar açıqlandı