Azərbaycan Avropa Komissiyasının yeni prezidentini təbrik edib

Azərbaycan Avropa Komissiyasının yeni prezidentini təbrik edib


14:52     18 İyul 2019 2019/07/image-1563444536_1563447609.jpg

Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 729 mln. ABŞ dollarına bərabər olub.



Femida.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 12,2% çoxdur. Ümumiyyətlə, cari ilin birinci yarısında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 10,4% təşkil edib.

Qeyd edək ki, yeyinti məhsulları üzrə ən çox tələbat meyvə-tərəvəz və buğdaya olub.

Meyvə-tərəvəz məhsulları üzrə idxalın həcmi 101,4 mln. dollar təşkil edib və bu göstərici keçən ilin birinci yarısı ilə müqayisədə 13,5% artıb.

Xatırladaq ki, bu ilin ilk yarısında Azərbaycanın xarici ticarətində idxalın həcmi illik müqayisədə 50,5% artaraq 7 mlrd. dollardan çox olub.

Femida.az

Açar sözlər:

Oxunub: 155