Bakı - İstanbul avtobusu yolda qaldı


15:00     18 İyul 2019 19_07_18_1563447637.jpg


Bakı - İstanbul avtobusu yolda qalıb.

Bu gün Bakı Beynəlxalq Avtovağzalından İstanbula yola düşən "Alpar" turizm şirkətinə məxsus avtobusda Hacıqabul rayonu ərazisində texniki nasazlıq yaranıb. Nəticədə sürücü səfəri dayandırmalı olub.

Avtobusda yanğın baş verdiyi iddiaları olduğundan məsələni dəqiqləşdirmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova ilə əlaqə saxladıq. O, Femida.az-a açıqlamasında bildirdi ki, yanğından söhbət gedə bilməz:

"Orada yanğın olmayıb. Sadəcə avtobusun matorunun pəri qırılıb. İsti su borusu xarab olub. Bununla bağlı problem yaşanıb. Daşıyıcı şirkət avtobusu təmir edib yola davam etməyi məqsədəuyğun görməyib. Ona görə də hadisə yerinə başqa avtobus göndərilib. Sərnişinlər tezliklə yola davam edəcəklər".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Bakı   #İstanbul   #avtobus  

Oxunub: 1129