Azərbaycan dili Rusiyada ən çox danışılan 15 dil sırasında


15:46     18 İyul 2019 19_07_18_1563450469.jpg


Azərbaycan dili Rusiyada ən çox danışılan 15 dil siyahısına daxil olub.

Femida.az xəbər verir ki, 2010-cu il üzrə ölkədəki əhali tərkibini nəzərə alaraq hazırlanan siyahıda 15 dil yer alıb.

Anketə görə, Rusiyada 600 mindən çox azərbaycanlı yaşayır və onların 470 mindən çoxu Azırbaycan dilində danışırlar.

Rusiyada rus dilindən sonra ən çox danışılan dil ingilis dilidir. Bu dil 7 milyon nəfər tərəfindən istifadə olunur. Üçüncüsü, dördüncü və beşinci yerləri tatar (4 milyon), alman (2 milyon) və çeçen (1.3 milyon) tutur.

Rusiyada danışılan dillər arasında fransız, erməni, başqırq, ukrayna, çuvaş, avar, kabarda dilləri də yer alıb.

Amin

Femida.az

Açar sözlər: #Rusiya   #dil   #Azərbaycan  

Oxunub: 749