Hesablama Palatası büdcəyə 6,8 mln. manat qaytardı


16:13     18 İyul 2019 2019/07/hesab_1563452232.jpg

Bu ilin I yarısında Hesablama Palatasının Kollegiyası 2019-cu ilin İş Planına əsasən 5 təhlil və 32 auditin başlanılması ilə bağlı qərar qəbul edib, 2018-ci iilin İş Planına əsasən, ötən il başlanılıb, nəticələri bu il yekunlaşmış 1 audit də daxil olmaqla ümumilikdə 12 auditin və 5 təhlilin nəticələrinə baxıb.


Femida.az bu barədə Palataya istinadən xəbər verir.

2018-ci ilin İş planına uyğun başa çatdırılmış auditlərin nəticələrinə dair qəbul edilmiş kollegiya qərarlarının icra vəziyyətinə nəzarət məqsədilə seçmə qaydasında monitorinqlər həyata keçirilib və 7 monitorinq üzrə müvafiq kollegiya qərarı qəbul edilib.

Hesabat dövründə nəticələr ilə bağlı müvafiq zəruri addımların atılması məqsədilə 17 quruma Auditor Hesabatı və 7 mərkəzi icra hakimiyyəti orqanına ümumilikdə 11 məlumat göndərilib, hər tədbirlə bağlı qanunvericiliklə nəzərdə tutulduğu qaydada Milli Məclisə məlumat verilib.

6 ay ərzində Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi ümumilikdə 1 013,3 milyon manat təşkil edib.

Hesabat ilində aparılmış və nəticələri ilə bağlı qərar qəbul edilmiş auditlərin əhatə etdiyi vəsaitin 45,8%-i dövlət büdcəsinin xərcləri, 16,9%-i büdcədənkənar dövlət fondlarının vəsaitləri, 37,3%-i isə digər mənbələrdən ayrılan vəsaitlər üzrə olub.

Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin əhəmiyyətli hissəsi 2018-ci ilin payına düşüb.

Yarın il ərzində nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 9-nu əhatə edib. Hesabat dövründə nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin daha çox hissəsi dövlət büdcəsinin funksional təsnifatı üzrə (25,6%) “Ümumi dövlət xidmətləri” bölməsinı aid olub.

Hesabat dövründə əhatə edilmiş vəsaitin 97,4%-i dövlət büdcəsinin mərkəzləşdirilib, 2,6%-i isə büdcənin yerli xərcləri üzrə olub.

Hesabat dövründə həyata keçirilmiş monitorinqlər istisna olmaqla, cari ilin İş planı üzrə aparılmış nəzarət tədbirlərinin 10-u Bakı şəhərində, 6-sı respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb.

Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilmiş və təsnifləşdirilib. Həmin nöqsanlar arasında, hər il olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatılılqla bağlı nöqsanların payı nisbətən yüksək olub. Eyni zamanda, dövlət vəsaiti hesabına dövlət əmlakından istifadə sahəsində də nöqsanlar aşkarlanıb.

Kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən həyata keçirilmiş dövlət satınalmalarında birmənbədən satınalma metodunun xüsusi çəkisi nisbətən yüksək olub. Eyni zamanda, qurumlar tərəfindən bir sıra hallarda birmənbədən satınalma metodunun tətbiqinin zəruri və ətraflı əsaslandırılmaması, həmçinin müvafiq satınalma prosedurlarının tam aparılmaması satınalmaların qalibinin müəyyənləşdirilməsi prosesində “Dövlət satınalmaları haqqında” qanunun dövlət satınalmaları zamanı vəsaitlərin istifadəsində qənaətliliyinin və obyektiv yanaşmanın təmin edilməsi ilə bağlı tələb və prinsipləri ilə uzlaşmayan riskləri formalaşdırıb.

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı yol verilən pozuntularla bağlı iki, dövlət əmlakından təyinatı üzrə və qanunuyğun istifadə edilməməsi halı üzrə bir nəzarət tədbirinə dair müvafiq materiallar aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

Nəticələri ilə bağlı kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə ümumilikdə 6,8 mln. manat, o cümlədən 365,1 min manat büdcədənkənar fondun büdcəsinə bərpa edilib.

Femida.az

Açar sözlər: #hesablama   #palata  

Oxunub: 276