Tərtərdə fitosanitar müşahidələr aparılıb

Tərtərdə fitosanitar müşahidələr aparılıb


16:21     18 İyul 2019 2019/07/15634-1563452207_1563452541.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Respublika ərazisində fitosanitar müşahidələr davam etdirilir. Növbəti fitosanitar müşahidələr Tərtər rayonunda dənli-paxlalı bitkilərin saxlanıldığı anbarlarda aparılıb və müvafiq maarifləndirici tədbirlər həyata keçirilib. Müşahidələr aparılan anbarların bəzilərindən zərərvericilərlə sirayətlənmə halları aşkar edilib.

Agentlikdən Femida.az-a verilən məlumata görə, bununla bağlı fumiqasiya tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.

Fumiqasiya tədbirlərinin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fumiqasiya dəstəsinin əməkdaşları işə cəlb olunub, yaranmış problemlər aradan qaldırılaraq, gələcəkdə yarana biləcək məhsul itkisinin qarşısı alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 160