İran yenə silkələndi


16:41     18 İyul 2019 zelzele5.jpg

İranın cənub-qərbində zəlzələ olub.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, 4,2 bal gücündə təkanlar Xuzestan vilayətində qeydə alınıb.

Bildirilir ki, zəlzələ yerli vaxtla gecə saat 03:15-də baş verib. Zəlzələnin episentri Ahvaz şəhərindən 33 kilometr məsafədə yerləşib.

Təbii fəlakət nəticəsində insan təlafatı və dağıntılar barədə məlumat verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 303