Maliyyə Nazirliyi qurumlara müraciət etdi


17:17     18 İyul 2019 maliystry_231215.jpg


Maliyyə Nazirliyi nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara müraciət edib.


Müraciət nazirin I müavini İlqar Fətizadənin adından ünvanlanıb.

Müraciətdə bildirilir:

"Büdcə sistemi haqqında" qanuna uyğun olaraq, 2020-ci il və sonrakı 3 il üçün dövlət büdcəsinin göstəricilərinin Maliyyə Nazirliyinə təqvim müddəti iyulun 1-nə qədər müəyyən edilib.

Bu günə qədər həmin göstəricilərin təqdim edilməməsi 2020-ci ilin dövlət və icmal büdcəsinin layihəsinin, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəicilərinin vaxtında hazırlanmasına mane ola bilər.

Qeyd olunanları nəzərə alaraq qısa müddət ərzində müvafiq büdcə göstəricilərinə Maliyyə Nazirliyinə təqdim etməyiniz xahiş olunur".

Femida.az

Açar sözlər: #Maliyyə  

Oxunub: 288