Bakıda 4 prokurorluq əməkdaşına töhmət verilib


18:38     18 İyul 2019 2019/07/905d307d5784397_1563460816.jpg

Bakıda 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Femida.az-ın məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, onlardan 3 nəfərə töhmət, 1 nəfərə isə şiddətli töhmət verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 422