Bu il 36 qəsdən adamöldürmə cinayətinin üstü açılıb


18:40     18 İyul 2019 2019/07/15634-1563460459_1563460949.jpg

2019-cu ilin birinci yarısında Bakıda qeydə alınan 37 qəsdən adamöldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adamöldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

Femida.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olub, qeydə alınan cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olub.

Hesabat dövründə 28 quldurluq və 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ümumilikdə, quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hdisələrindən isə 5-i bağlı qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 376