Şəkidə xəsarət alan suriyalılar müalicələrini davam etdirir
10:43 19 İyul 2019
Şəki Xan Sarayının qarşısındakı çinarın budaqlarının aşması nətiəsində xəsarət alan Suriya vətəndaşları müalicələrini özəl klinikada davam etdirirlər.
Femida.az-ın məlumatına görə, həmin şəxslər bir ailənin üzvü olan Sara Hasan (sağ bud sümüyünün qapalı travması), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirədir (sağ baldır sümüyünün yerdəyişən sınığı).
Qeyd edək ki, onlar özəl klinikaya getməmişdən əvvəl Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdilər. Vəziyyətləri ağır stabil qiymətləndirilsə də, onlar üçün həyati təhlükənin olmadığı bildirilmişdi.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət alan Elxan Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsini davam etdirir. Onun vəziyyəti orta ağır stabil qiymətləndirilir.
Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.
Xatırladaq ki, Şəki Xan Sarayının qarşısında çinar ağacının budaqlarının sınması nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan biri - 1987-ci il təvəllüdlü Xatirə Ağamalıyeva (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) dünyasını dəyişib.
Femida.az
Oxunub: 351
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb