Mübariz və Fəridsiz 5 il - HƏYAT HEKAYƏTİ


14:25     07 Noyabr 2015 912167_4520655.jpg

Bu gün Mübariz İbrahimov və Fərid Əhmədovun torpağa tapşırıldığı gündür.

Femida.az .az-ın məlumatına görə, 5 il əvvəl bütün Azərbaycan Milli qəhrəman Mübariz İbrahimov və zabitimiz Fərid Əhmədovu göz yaşları, amma qürurla torpağa tapşırdı. Gizir Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində qəhrəmancasına şəhid olublar.

Gəlin qəhrəman oğullarımızı bir daha tanıyaq.

Mübariz İbrahimov kimdir?


Mübariz İbrahimov 1988-ci il fevralın 5-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Mübariz İbrahimovun qəhrəmanlıq yolu

Mübariz İbrahimovun 5 saat təkbaşına döyüşərək, 54 erməni əsgəri öldürdüyü xəbəri yayılıb. Ermənistan Müdafiə Nazirliyinin 2 general və 8 zabiti ordudan qovmasının baş vermiş hadisə ilə bağlı olduğu deyilir.




Gecə baş vermiş döyüş nəticəsində Milli Qəhrəman təkbaşına cəbhə xəttini yararaq, düşmənin arxasına keçməyi bacarıb. Ardından isə Çaylı kəndinin içində yerləşən düşmənin hərbi hissəsinə daxil olaraq, oradakı silah anbarını partladıb. Partlayışdan sonra düşmənin 54 əsgərinin öldüyü bildirilir.

Yayılan xəbərlərə görə, Mübariz partlayışdan sonra ərazini tərk etməyə çalışsa da, düşmənin diqqət mərkəzinə düşüb. Tək olmasına baxmayaraq, döyüşə girən Milli Qəhrəman 5 saat bu şəkildə duruş gətirməyi bacarıb. Bu zaman 5 düşmən əsgərini yerindəcə öldürən, 4-ünü isə ağır yaralayan Milli Qəhrəman Çaylı kəndinin içində pusquya salınıb. Hər tərəfdən sıxışdırılan qəhrəman əsgərimiz kəndin içindəki məftil hasarı keçə bilmədiyindən bir qədər ləngiyib və həmin ləngimə zamanı ermənilərin açdığı atəş onu yaxalayıb. Nəticədə, başından və sol tərəfindən aldığı 3 güllə yarasından dünyasını dəyişib.





Qeyd edək ki, Mübariz İbrahimovun odnoklassniki.ru saytında yayılmış şəkillərindən də aydın görünürdü ki, güllələr əsasən onun sol böyründən dəyib. Hadisənin kəndin içində olduğu isə şübhəsizdir. Çünki çəkilən fotoşəkillərdən də aydın görünür ki, qəhrəman əsgərimiz kəndin içinədək döyüşə-döyüşə gəlib.
Düşmən tərəfinin onun cansız cəsədindən belə, qorxduğu məlum oldu. Hətta Rusiyanın prezidenti Vladimir Putin onun qəhrəmanlığından danışarkən bu sözləri deyib: “Azərbaycanda Rembo peyda olub Qeyri-bərabər döyüşdə çoxsaylı düşməni məhv etmək böyük şücaətdir.”




Azərbaycan dövlətinin apardığı danışıqlardan sonra qəhrəmanımızın nəşi düşməndən alındı. Xalq Milli Qəhrəmanının adına layiq şəkildə də, dəfn etdi.
Bu gün Mübariz İbrahimov Azərbaycan xalqının qəhrəmanlıq simvollarından biri kimi xarakterizə olunur.

Dövlətin şəhidinə verdiyi yüksək qiymət…




Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilib.

Qəhrəman zabitimiz Fərid Əhmədov kimdir?




Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.




2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da E rmənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.




2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.

Allah şəhidlərimizə rəhmət etsin!




Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 12366