"Aprel döyüşlərində mətbuatımızla qürur duyduq" -PA rəsmisi


11:34     19 İyul 2019 2019/07/1472119948_14492453934600643999_1000x669_1563521904.jpg

"Əkinçi qəzeti 1875-ci ildə çap olunanda bir şam işığı oldu və bu işıq bütün Qafqazı , Türk dünyasını bürüdü. AXC-in qurulması , Şərqdə qadınlara səsvermə hüququnun verilməsi və s. məhz "Əkinçi" ilə başlayan cərəyanın davamı idi".


Femida.az-ın məlumatına görə, bu sözləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Bəhruz Həsənov deyib.

O bildirib ki, mətbuatımız müstəqillik dövründə yeni mərhələyə qədəm qoyub:

"Media cəmiyyətin güzgüsüdür. Azərbaycanda dövlət mediaya böyük qayğı göstərir. Xarici jurnalistlər Azərbaycana gələndə dövlətin mediaya göstərdiyi qayğını görüb təəccüblənir. Jurnalistlər üçün tikilən binada evlərin paylanması zamanı Prezident bildirmişdi ki, jurnalistlər mənim dostumdur. Hətta o, özü qeyd edib ki, bir çox məlumatları saytlardan və digər KİV-lərdən oxuyur".

"Azərbaycan hələ 1998-ci ildə mediada senzuranı ləğv etdi. Bu gün mətbuatımız dünyada istinad olunan mətbuata çevrilib. Artıq ölkəmizdə xarici dilli media inkişaf edir. Bu da informasiyanın təhrif olunmadan dünyaya bir başa çatdırılmasını təmin edir. 144 il əvvəl Azərbaycan mediasının əsası qoyulanda hələ bir çox ölkələr ümumiyyətlə yox idi. Bu gün mediamız "Əkinçi" məktəbinin davamı olaraq cəmiyyəti maarifləndirmə, ziyalı vətəndaş yetişdirmək funksiyasını yerinə yetirməlidir. Düzdür , bəzən sosial mediada məkrli dairələr dezinformasiyalar yayır. Odur ki , biz illərlə Azərbaycan mediasında qorunub saxlanan dəyərləri sosial mediaya da daşımalıyıq".

"2016-cı il aprel döyüşlərində Azərbaycan mediası ilə qürur duyduq. Media dövlətin ətrafında sıx birləşdi. Həmin vaxt Cəbhədə əsgərlər vuruşduğu kimi jurnalistlər də informasiya müharibəsi apardı".

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 217