Bulvarda ilanlar peyda olub?- Açıqlama


11:45     19 İyul 2019 Baku_Bulvar12.JPG

Bakı Bulvar İdarəsi bulvar ərazisində ilanların olması ilə bağlı məsələyə aydınlıq gətirib.


Femida.az xəbər verir ki, İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı Azvision.az -a bildirib ki, bulvar ərazisində ilanların olması xəbəri düz deyil.

Onun sözlərinə görə, videogörüntüdə deyildiyi kimi kütləvi ilanlar yoxdur.

“İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib”, - o əlavə edib.

G.Yelmarqızı qeyd edib ki, bulvar ərazisində ilanların olması ilə bağlı idarəyə nə vətəndaşlar, nə də əməkdaşlar tərəfindən məlumat daxil olub.

Qeyd edək ki, sosial şəbəkədə bulvar ərazisində ilanın olması ilə bağlı görüntü paylaşılıb.

Açar sözlər:

Oxunub: 1598