Azərbaycanda dəhşətli hadisə: Kişinin gözü çıxdı,barmaqları qopub düşdü


12:09     19 İyul 2019 2019/07/parmagi-koptu1_1563523944.jpg

Ağstafa rayonunda bədbəxt hadisə baş verib.

Femida.az -ın xəbərinə görə, rayonun Böyük Kəsik kəndində usta işləyən 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu “KamAZ”-ı təmir edərkən, yük maşınının təkəri partlayıb.

Nəticədə ağır bədən xəsarətləri alan İ. Mehdiyev Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun sol əlinin ikinci və üçüncü barmaqları, habelə sağ gözü amputasiya edilib.

Kəllə-beyin travması alan İ. Mehdiyevin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.(Apa.az)

Açar sözlər:

Oxunub: 486