Xətaidə 1 nəfər özünü öldürmək istəyir - Kranın üzərinə çıxıb


12:59     19 İyul 2019 intihar3.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin qülləli kranın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 590