BDU 1000 nüfuzlu universitetin siyahısına daxil edilib
13:33 19 İyul 2019
Bakı Dövlət Universiteti (BDU) dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.
Universitetdən Femida.az-a verilən məlumata görə, “QS World University Rankings 2020”nin açıqlamasında BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb. BDU ötən il olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.
Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.
Qeyd edək ki, Bakı Dövlət Universiteti ötən il "Webometrics", "Round University Ranking", “U-Multirank”, “Scimago İnstitutions Ranking” və “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq agentliklərinin siyahısında da yer tutmuşdu.
Femida.az
Oxunub: 464
Oxşar xəbərlər
- BDU-da 75 nəfər professor vəzifəsinə qəbul edilib
- BDU kollecinin tələbəsi dənizdə boğulub
- BDU-nun tələbəsi qəzaya düşərək ölüb
- BDU-nun dosenti vəfat edib
- BDU-nun sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxsə hökm oxunub
- BDU-nun 8 fakültəsinə dekan seçilib - SİYAHI
- BDU rektorunun müşavirini bıçaqlayan şəxs məhkəmədə ifadə verib
- BDU-nun müəllimi vəfat edib
- BDU-nun müəllimi vəfat edib
- BDU valideynlərə müraciət etdi