Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib
14:46 19 İyul 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Femida.az xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib və Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Xalqlarımız arasında münasibətlərə toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının daim artmasını bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib.
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaani, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırıb. Qonaq vurğulayıb ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmini ifadə edib. Vəlid bin Məhəmməd Əl-Səmaani paytaxtımızda gördüyü inkişaf proseslərinin dərin təəssürat yaratdığını qeyd edib. O, Bakıda azərbaycanlı həmkarları ilə görüşlərin uğurla keçdiyini, Azərbaycanın ədliyyə sistemi sahəsində əldə olunan yeniliklərin maraq doğurduğunu deyib.
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.
Oxunub: 538
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"