Universitetdə partlayış: Onlarla tələbə öldü - VİDEO


15:00     19 İyul 2019 19_07_19_1563534102.jpg

Əfqanıstanda Kabil universitetinin qarşısında terror aktı törədilib.


Femida.az yerli mənbələrə istinadən xəbər verir ki, əraziyə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 20 nəfər həyatını itirib. 40-a qədər yaralı var.

Onların əksəriyyətinin tələbə olduğu güman edilir. Məlumata görə, partlayış gənclərin imtahana girmək üçün təhsil ocağının qarşısına toplaşdığı vaxt baş verib. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.


Açar sözlər:

Oxunub: 463