Hərbçilərimiz Ordu Oyunları-2019-da iştirak edəcəklər


15:48     19 İyul 2019 2019/07/42e05-1563534557_1563536924.jpg

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 375