"Protestlərin 53 faizi təmin olunub" - Xanlar Vəliyev


15:55     19 İyul 2019 xanlar8.jpg

“Bu ilin birinci yarımilində dövlət ittihamının müdafiəsi üzrə şöbə tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunub”.


Femida.az-ın məlumatına görə, Hərbi Prokurorluğunda rəhbər vəzifəli şəxslərin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində hərbi prokuror Xanlar Vəliyev deyib.

O bildirib ki, cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılmasında, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınmasında müsbət rolu olan səyyar məhkəmə iclaslarının keçirilməsi təşəbbüsü ilə dövlət ittihamçıları tərəfindən məhkəmələrə çoxsaylı vəsatətlər verilsə də, onlardan yalnız 4-ü təmin edilib ki, bu da qənaətbəxş hesab olunmadığı üçün bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 191


Oxşar xəbərlər